Azərbaycan güləşçisi dopinqə görə 36 aylıq cəza alıb
Far.Az xəbər saytı

Azərbaycan güləşçisi dopinqə görə 36 aylıq cəza alıb


Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) güləşçi Aslan Abakarovu 36 aylıq diskvalifikasiya edib.

Bu barədə BAKU.WS-ə AMADA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, buna idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu və idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi səbəb olub.

Fevralın 7-də tətbiq edilən sanksiyanın müddəti 2028-ci il fevralın 7-də başa çatacaq.

Qeyd edək ki, 21 yaşlı güləşçi 2024-cü ilin dekabrında keçirilmiş Azərbaycan çempionatında 97 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Oxşar xəbərlər

AMADA bu il idmançılardan 1300 antidopinq testi götürüb
Rəşad Əliyev 36 aylıq diskvalifikasiya olundu
AMADA antidopinq mövzusunda maarifləndirici seminar keçib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər