Azərbaycanın akvakultura sahəsində əsas hədəfi açıqlanıb
Far.Az xəbər saytı

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi açıqlanıb


Azərbaycanın əsas hədəfi akvakultura üzrə illik istehsal həcmini mövcud 3 400 tondan 2030-cu ilədək 7 700 tona çatdırmaqdır.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən l Azərbaycan Regional Akvakultura Forumunda bildirib.

Onun sözlərinə görə, bu artım daxili bazarın yerli məhsullarla təminatının yaxşılaşdırılmasına xidmət edəcək: "Bu həmçinin idxaldan asılılığın azaldılmasına və ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək. "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" isə bu istiqamətdə qarşıdakı dövrün əsas vəzifələrini müəyyən edir. Dövlət Proqramı çərçivəsində balıqçılıq sahəsinin hüquqi bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, idarəetmə və nəzarət mexanizmlərinin rəqəmsallaşdırılması, balıq ehtiyatlarının mühafizəsi və balıqartırma təsərrüfatlarının müasirləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, əlverişli istehsal zonalarının müəyyənləşdirilməsi, damazlıq potensialının gücləndirilməsi, akvakultura aqroparkının yaradılması, subsidiya və güzəşt mexanizmlərinin formalaşdırılması qarşıya məqsəd qoyulub".

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər