Qurban Qurbanov: Komandada çatışmazlıqlar var
Far.Az xəbər saytı

Qurban Qurbanov: Komandada çatışmazlıqlar var




Komandada çatışmazlıqlar var və çalışacağıq ki, bunları aradan qaldıraq.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 0:2 hesablı məğlubiyyəti şərh edib: "Məğlubiyyətə görə üzgünük. Futbolçularımın əziyyət çəkdilər. Azarkeşlərimizə də öz təşəkkürlərimi bildirmək istəyirəm. Sonadək bizi qələbəyə səslədiləır. Fərqlənmək üçün bir neçə imkanımız oldu. Təəssüf ki, qol hesabımızı aça bilmədik. Komandada çatışmazlıqlar var və çalışacağıq ki, bunları aradan qaldıraq. "Dinamo" 2 oyun ərzində 5 qol vurub, məncə, əlavə nəsə deməyə ehtiyac yoxdur".

Qeyd edək ki, Zaqrebdəki "Maksimir" stadionunda baş tutan ilk matçda "Dinamo" 3:0 hesablı qələbə qazanmışdı.

Far.Az

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB - 5
UEFA Çempionlar Liqası: "Qarabağ" üçüncü qolu qapısında görüb - YENİLƏNİB - 5
UEFA Çempionlar Liqası: "Qarabağ" - "Dinamo" görüşündə ikinci hissə başlayıb - YENİLƏNİB - 3
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər