Qadın ona sataşmaq niyyəti ilə evinə daxil olan kişini döyüb, qaşını və burnunu yandırdı
Bakı Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Maya Babayevanın (adı, soyadı şərtidir) barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, sonuncu prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2022-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, Maya Babayeva fərdi yaşayış evində olan zaman ona sataşmaq niyyəti ilə iradəsi ziddinə evinin həyətinə daxil olmuş zərərçəkmiş Namiq İsmətovla (adı, soyadı şərti) şəxsi münasibətlərin pozulması zəminində münaqişə edib. Bu zaman qadın taxta parçası ilə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Daha sonra isə o, Namiqin əllərini və ayaqlarını iplə bağlayıb yenidən taxta parçası ilə həmin gün saat 18 radələrindən başlayaraq 22 radələrinədək olan müddət ərzində döyüb, alışqan ilə onun qaşını və burnunu yandırıb.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Maya Babayeva 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti vermişdi.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ermənistanın 2016 və 2020-ci illərdə Azərbaycanda mülki şəxslərə qarşı törətdiyi cinayətlərlə bağlı açıqlama
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir













