Qubada yol qəzasında ölən bacıların kimliyi məlum olub
Qubada baş verən yol qəzasında ölən və yaralıların kimliyi məlum olub.
"Report"un Şimal bürosunun məlumatına görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonu Qaraçay kəndi ərazisindən keçən hissəsində "Hyundai" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Baxışova Ədalət Tofiq qızı və onun bacısı 1974-cü il təvəllüdlü Dənyarova Validə Tofiq qızı hadisə yerində ölüblər.
Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan 1995-ci il təvəllüdlü Taleh Sərkərov və 1970-ci il təvəllüdlü Rahim Baxışov ağır vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***22:57
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonu, Nügədi-Qazmalar yolunun 8-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Far.Az-ə verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Quba rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Opel" markalı minik avtomobili ilə "Hyundai" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və "Opel" markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1970-ci il təvəllüdlü Baxışov Ramin Sədr oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə nəticəsində iki nəfər vəfat edib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***20:28
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Hyundai" və "Opel" markalı avtomobillər toqquşub.
Nəticədə "Opel" markalı avtomobildə olan 2 qadın ölüb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində ərlə arvad ölüb - YENİLƏNİB 1 - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Multikulturalizmə giriş" fənnini tədris edən müəllimlər üçün treninq təşkil olunub
-
Sabah Bakı və Abşerona arabir yağış, rayonlara isə qar yağacaq
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.12.2025)
-
Maduro: Venesuela müdafiə sistemini təkmilləşdirib
-
Berlində Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlar məxfi aparılıb
-
Metroda problem: Qatarlar tuneldə qaldı













