Yaxın Şərqdə gərginlik artır - İran ABŞ-nin  hərbi bazalarını hədəfə alıb
Far.Az xəbər saytı

Yaxın Şərqdə gərginlik artır - İran ABŞ-nin  hərbi bazalarını hədəfə alıb


Yaxın Şərqdə gərginlik daha bir təhlükəli mərhələyə qədəm qoyub. İran Qətərin ərazisində yerləşən ABŞ-nin strateji "əl-Udeyd" hərbi bazasına qarşı birbaşa hərbi əməliyyata başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı IRIB yayıb və hücumun "Qələbə xəbərləri" adını daşıdığı bildirilib.

"Axios"un yaydığı məlumatda isə bildirilir ki, İran Qətərdəki ABŞ bazalarına 10 raket atıb.

Eyni zamanda, ABŞ-nin İraqdakı bazaları da hədəfdədir.

Bildirilir ki, Doha səmasında hava hücumundan müdafiə sistemləri işə düşüb.

İranın dövlət televiziyası xəbəri təsdiqləyərək qeyd edib ki, İran Qətərdəki ABŞ bazalarına qarşı "Bəşarat əl-Fəth" əməliyyatına başlayıb.

Qeyd olunur ki, zərbə ABŞ Koalisiyasının Hava Əməliyyatları Mərkəzinin yerləşdiyi Əl-Udeyd Hərbi Hava Qüvvələri bazasına endirilib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər