İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və "Made in Italy" nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə İtaliya Respublikasının şirkətlər və "Made in Italy" naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Far.Az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Adolfo Urso ilə görüşləri məmnunluqla xatırlandı.
Prezident İlham Əliyev Adolfo Ursoya "8 Noyabr" Elektrik Stansiyasının açılışında iştirakına görə minnətdarlığını bildirdi, gələcəkdə də birgə layihələrin həyata keçiriləcəyinə ümidvarlığını ifadə etdi.
Qonaq İtaliyanın "8 Noyabr" Elektrik Stansiyasının inşasında iştirakını ölkələrimiz arasında dostluğun və uğurlu əməkdaşlığın göstəricisi kimi dəyərləndirdi.
Azərbaycana dəfələrlə səfər etdiyini xatırlayan Adolfo Urso bu tədbirdə iştirakdan məmnunluğunu bildirdi. O, 2020-ci ildə Gəncə və Ağdam şəhərlərinə səfərinə toxundu.
Dövlətimizin başçısı Adolfo Ursonun işğaldan azad edilmiş torpaqlarımıza Avropa ölkəsini təmsil edən ilk xarici yüksəksəviyyəli şəxslərdən biri olduğunu vurğuladı və buna görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə hazırda genişmiqyaslı quruculuq işlərinin aparıldığını və orada artıq 3 beynəlxalq hava limanının istifadəyə verildiyini dedi.
Söhbət zamanı münasibətlərimizin strateji xarakter daşıdığı bildirildi, siyasi əlaqələrimizin çox yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Azərbaycan-İtaliya əməkdaşlığının daha da genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin roluna toxunuldu.
Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi bildirildi, enerji, o cümlədən bərpaolunan enerji, metallurgiya, kənd təsərrüfatı, əczaçılıq, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərində iştirakı qeyd edildi. "Azərenerji" ilə "Ansaldo" şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu.
Sonra xatirə şəkli çəkdirildi.
Qalereya
***11:01
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə İtaliya Respublikasının şirkətlər və "Made in Italy" naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Far.Az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - YENİLƏNİB-2
İtaliya-Azərbaycan dəyirmi masası keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2













