Xankəndi diplomatik gündəmin mərkəzində: Türkiyəli səfir İƏT zirvə görüşünün əhəmiyyətindən DANIŞDI
Far.Az xəbər saytı

Xankəndi diplomatik gündəmin mərkəzində: Türkiyəli səfir İƏT zirvə görüşünün əhəmiyyətindən DANIŞDI


"Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir".

BAKU.WS xəbər verir ki bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan Televiziyasına (AzTV) Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünə dair açıqlamasında deyib.

Səfirin sözlərinə görə, iyulun 3-ü və 4-də baş tutacaq sammitdə təşkilata üzv 13 ölkənin liderləri iştirak edəcək: "Bu tədbirdə bölgənin gələcəyi ilə bağlı çox önəmli müzakirələr aparılacaq".

Birol Akgün Türkiyə və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayıb:

"Biz səfirlik olaraq Bakıda iki qardaş ölkə arasındakı münasibətlərin inkişafına dəstək verməyə davam edirik. Bütün akademik araşdırmalarda Türkiyədə "ən çox güvəndiyiniz xalq kimdir?" sualına cavab olaraq Azərbaycan göstərilir. Azərbaycanda aparılan sorğularda isə eyni cavab Türkiyədir. Bu, həm elmi, həm də mənəvi baxımdan hər iki xalqın bir-birinə nə qədər yaxın olduğunu sübut edir".

Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşü Xankəndidə keçiriləcək. İyulun 3-ü və 4-də baş tutacaq tədbirdə təşkilata üzv 13 ölkənin liderləri iştirak edəcək. Zirvə görüşündə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, dünyada baş verən son hadisələr də müzakirə olunacaq.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının 28-ci iclasında çıxış edib, “Məşhəd Kommünikesi” adlı yekun sənəd qəbul olunub - YENİLƏNİB-2
Türkiyə mediası Laçında üç qardaş ölkənin liderlərinin Zirvə görüşünə geniş yer ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər