Xarici İşlər Nazirliyi tərəfindən diplomatik pasport verilən şəxslərin siyahısı genişləndirildi
Far.Az xəbər saytı

Xarici İşlər Nazirliyi tərəfindən diplomatik pasport verilən şəxslərin siyahısı genişləndirildi


Prezident İlham Əliyev "Pasportlar haqqında" və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib.

Far.Az President.az-a istinadən xəbər verir ki, "Pasportlar haqqında" Qanuna dəyişikliklə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbər işçilərinə (şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərlərinin müavinləri də daxil olmaqla yuxarı vəzifəlilərə) də diplomatik pasport veriləcək.

Həmçinin "Dövlət qulluğu haqqında" Qanuna dəyişikliklə bu qanun Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə də şamil olunur.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı dövlət orqanlarının təsnifatından çıxarılır.

Eləcə də Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin təsnifatına daxil edilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər