Bu gün şəhid jurnalist Sirac Abışovun doğum günüdür
Bu gün 4 iyun 2021-ci ildə Kəlbəcər rayonu, Susuzluq kəndində mina partlayışı nəticəsində şəhid olan jurnalist Sirac Abışovun doğum günüdür.
Far.Az xatırladır ki, Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Sirac Abışov 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı şəhərində anadan olub.
Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşüb, Sumqayıt şəhərində yaşamağa başlayıb.
O, operator kimi 2019-cu ildən AzTV-də fəaliyyətə başlayıb. Sirac Abışov 4 iyun tarixində Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlığında baş verən partlayış zamanı şəhid olub. Onun nəşi iyunun 5-də yaşadığı Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli sərəncamı ilə şəhid jurnalistimiz 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə də təltif olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı ilə təltif edilib.
Qeyd edək ki, hadisə zamanı Siracla yanaşı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar. Əlavə olaraq, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.
"Sərhədsiz Reportyorlar" Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimov və Sirac Abışovun adlarını daxil edib.
Sirac Abışovun və Məhərrəm İbrahimovun adları "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin ərazisində Azərbaycan mətbuatının şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə həkk olunub.
Far.AzOxşar xəbərlər
Mehriban Əliyevanın doğum günüdür
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq
-
Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb
-
Azərbaycan Premyer Liqası: "Sumqayıt" və "İmişli" turun son günündə qalib gəlib
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
Yaz mövsümündə avtomobillərdə ən çox rast gəlinən nasazlıqlar açıqlanıb
-
"Tasnim": Tehran İran gəmisini saxladıqdan sonra ABŞ-nin hərbi gəmilərinə zərbə endirib













