Azərbaycan millisinin böyük məşqçisi: "Güləşçilərimizin nailiyyətlərindən razıyam"
Far.Az xəbər saytı

Azərbaycan millisinin böyük məşqçisi: "Güləşçilərimizin nailiyyətlərindən razıyam"


İdmançılarımızın nailiyyətlərindən razıyam.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu U-15 Avropa çempionatında 2 qızıl, 4 gümüş, 1 bürünc medal qazanan və komanda hesabında 1-ci yeri tutan sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Namiq Quliyev jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, milli İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında bu günə qədər olan ən böyük nəticəsini qazanıb:

"İki qızıl, dörd gümüş və bir bürünc medal qazandıq. Bu günə qədər olan nailiyyətlərimizin ən üstünüdür. İdmançılarımızın nailiyyətlərindən razıyam".

"Orada yaranan problemləri də federasiyamız bir anda aradan qaldırdı. Yəni orada heç bir çətinlik çəkmədik. Bunun sonu olaraq müsbət nəticələr əldə etdik.

Qələbələrin əsas səbəbi federasiyanın bizə yüksək diqqət və qayğısıdır. Bu yaş kateqoriyası üzrə idmançıları hazırlamaqda çətinlik yoxdur. Nailiyyətlər məşqçilər Elşad Allahverdiyevlə Xəqan Süleymanovun və Emin Əzizovun birgə zəhmətinin nəticəsidir", - Namiq Quliyev deyib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər