"Birmarket" - "Bir" rəqəmsal ekosisteminin e-ticarət platformasıdır
Onlayn alış-verişdə sərhədsiz imkanlar təqdim edən, Umico artıq müştərilərinə Birmarket brendi adı altında xidmət göstərəcək. Rebrendinq prosesini uğurla başa vuran e-ticarət platforması 2 milyondan çox müştəriyə unikal alış-veriş təcrübəsi təqdim edir.
Azərbaycanın ən böyük elektron ticarət platforması olan Birmarket müştərilərinə elektronika, məişət texnikası, şəxsi qulluq vasitələri, gözəllik məsulları, ev əşyaları da daxil olmaqla, onlarla kateqoriyada yüz minlərlə məhsul çeşidi təklif edir. Bununla yanaşı platforma istifadəçilərə sifarişləri ölkə üzrə fəaliyyət göstərən 850-dən çox "Gəl al" təhvil məntəqəsindən əldə edə və ya kuryer vasitəsilə ünvanlarını tərk etmədən təhvil ala bilərlər. 24 ayadək hissə-hissə, taksitlə ödəniş və yerində kredit imkanı isə müştərilərə əlçətan, eləcə də sərhədsiz alış-veriş fürsəti yaradır.
"Birmarket", özündə "Birbank", "m10", "MilliÖn" və digər servisləri birləşdirən "Bir" rəqəmsal ekosisteminin tərkib hissəsidir. Platforma ekosistemin digər iştirakçıları ilə sıx inteqrasiya olunub ki, bu da texnoloji uyğunluğu təmin edir və yeni funksiyaların tətbiqini sürətləndirir.
"Birmarket" brendinin istifadəyə verilməsi, "Bir" ekosistemindəki rolumuzu vurğulayır. Burada alış-veriş, ödənişlər və servislər vahid rəqəmsal məkanda birləşərək milyonlarla istifadəçi və tərəfdaş üçün yeni imkanlar yaradır", - "Birmarket"in Baş icraçı direktoru Rauf Qulaməliyev bildirib.
Qeyd edək ki, 1 iyul 2025-ci il tarixindən etibarən Umico mobil tətbiqi mərhələli şəkildə avtomatik olaraq Birmarket brendinə dəyişəcək. Bunun üçün istifadəçilərin mobil tətbiqi yeniləmələri kifayətdir. Həmçinin "Gəl al" məntəqələrinin yenilənməsinə də 1 iyul tarixindən etibarən start veriləcək və məntəqələr Birmarket adı altında fəaliyyətlərini davam etdirəcəklər. Brendin yenilənməsi mövcud hesablar, sifarişlər və loyallıq proqramlarında heç bir dəyişikliyə səbəb olmayacaq. İstifadəçilər əlavə əməliyyata gərək olmadan mövcud imkanlardan yararlana biləcəklər.
Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi Birbank, m10, MilliÖn, Birmarket, BakıKart və Trendyol Azərbaycan kimi ölkənin aparıcı brendlərini vahid çətir altında birləşdirir. PAŞA Holding tərəfindən yaradılan ekosistem 2025-ci il 7 fevralda ictimaiyyətə təqdim olunub və müştərilərin gündəlik maliyyə, alış-veriş və nəqliyyat ehtiyaclarını innovativ yanaşma ilə qarşılayaraq onlara inteqrasiya olunmuş istifadə təcrübəsi təqdim edir.
Oxşar xəbərlər
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
Azərbaycan - Fransa: Millimiz 1:3 hesabı ilə məğlub oldu
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Əraqçı: "İran uranın zənginləşdirilməsini dayandırıb"
-
Zelenski: Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb
-
Tramp jurnalistin sualına görə onu təhqir etdi













