Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Far.Az xəbər saytı

Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib


Azərbaycanda iyulun 3-ü günün ikinci yarısından 6-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Far.Az-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Naxçıvan MR, Qusar, Xaçmaz, Xızı, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Siyəzən, Şabran, Şirvan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Balakən, Qax, Biləsuvar, Şəki, Zaqatala, Gəncə, Samux, Naftalan, Goranboy, Gədəbəy, Daşkəsən, Göygöl, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Saatlı, Sabirabad, İmişli, Zərdab, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevir, Yevlax, Bərdə, Tərtərdə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında da şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Hökumət üzvlərinin fevralda keçirəcəyi vətəndaş qəbulunun tarixi açıqlanıb - CƏDVƏL
VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər