Mikayıl Cabbarov: ECO biznes-forumu 200-dən çox iştirakçı toplayıb
İyulun 2-də Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) VI biznes-forumu 200-dən çox iştirakçı toplayıb.
BAKU.WS report-a istinadən xəbər verir kİ, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ECO-nun 17-ci Zirvə görüşündə bildirib.
Onun sözlərinə görə, bu forum İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində regional iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli platforma olub.
"Tədbirdə əsas diqqət sektorlararası qarşılıqlı əlaqənin dərinləşdirilməsi, infrastruktur bağlantısının yaxşılaşdırılması və davamlı, inklüziv biznes modellərinin təşviqi vasitəsilə regionun iqtisadi potensialının açılmasına yönəldilib. Milli ticarət və sənaye palatalarının rəhbərləri öz ölkələrində ticarətin inkişafı, investisiyaların cəlb edilməsi və iqtisadiyyatın bərpası perspektivlərini müəyyən edən məruzələr təqdim ediblər. Çıxış edənlər dövlət və özəl sektorlar arasında dialoqun gücləndirilməsi, transsərhəd ticarət infrastrukturunun genişləndirilməsi və investisiya mühitinin şəffaflığının artırılmasının zəruriliyini vurğulayıblar", - nazir bildirib.
O vurğulayıb ki, rəqəmsal alətlərə xüsusi diqqət yetirilib.
Nazir, həmçinin vurğulayıb ki, forum çərçivəsində şirkətlər, dövlət qurumları və inkişaf institutları arasında aktiv qarşılıqlı əlaqəyə töhfə verən B2B və B2G formatlarında 20 ixtisaslaşmış görüş keçirilib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir, İlham Əliyev çıxış edib
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
Şuşada 6-cı ECO biznes forumu keçirilib
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir













