Yelo Invest-də limit sifarişi funksiyası aktiv oldu
Əlavə gəlir qazanmağın müasir maliyyə alətlərindən biri investisiya etməkdir. Lakin bazarın ritminə çatmaq, ən sərfəli qiyməti tutmaq və vaxtında qərar vermək həmişə asan olmur.
Yelo Bank olaraq, müştərilərimizin investisiya təcrübəsini daha da rahat və peşəkar etmək üçün Yelo Invest məhsulumuzda limit sifarişi funksiyasını təqdim etdik.
Bəs limit sifarişi nədir?
İndiyə qədər investorlar səhmləri və ETF-ləri yalnız bazarın açıq olduğu saatlarda və həmin anda mövcud olan qiymətə görə ala və sata bilirdilər. Yeni funksiya sayəsində artıq almaq və ya satmaq istədiyin qiyməti özün təyin edə bilirsən. Səhmin və ya ETF-in qiyməti seçdiyin həddə çatanda sistem avtomatik olaraq əməliyyatı həyata keçirir. Beləliklə, bazarı izləməyə və qiymət dəyişikliyini əldən verməyə ehtiyac qalmır - qərarı sən verirsən, icrasını isə sistem həll edir.
Üstəlik, bu funksiya investorlara daha çox vaxt verir - bazarda 16 saata qədər ticarət etmək mümkündür:
· Pre-market: 12:00–17:30
· Market saatları: 17:30–00:00
· Post-market: 00:00–04:00
Yelo Invest ilə indi səhmlərə daha çox nəzarət, daha çox rahatlıq və daha çox fürsət sənin əlindədir. Sən də Yelo Invest xidmətindən faydalanıb, əlavə gəlir qazanmaq üçün Yelo App-i yüklə: https://bit.ly/44kUcc0.
Qeyd edək ki, Yelo Invest xidməti "Unicapital İnvestisiya Şirkəti" ASC (lisenziya №-si 087910) vasitəsilə həyata keçirilir.
Bank xidmətləri barədə əlavə suallarınız (məs: investisiya nədir?) var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"













