FHN Altıağac Milli Parkında təlim keçirib
Far.Az xəbər saytı

FHN Altıağac Milli Parkında təlim keçirib


Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkı ilə birgə "Xüsusi mühafizə olunan təbiət ərazilərində və meşə sahələrində yanğın təhlükəsizliyi" mövzusunda Altıağac Milli Parkında praktiki təlim keçirib.

FHN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, təlimə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti yerli qurumlarının canlı qüvvə və texnikaları qüvvələri cəlb edilib.

Təlimin nəzəri hissəsində açıq ərazilərdə yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyətindən danışılıb, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb, birgə əməkdaşlığın daha da genişləndirilməsinə dair məsələlər müzakirə olunub.

Təlimin praktiki hissəsində təbiət ərazilərində, o cümlədən meşə sahələrində yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Meşələrdə yanğın təhlükəsizliyi məsələləri müzakirə olunub - FOTO
FHN Şamaxıda mehmanxanada təlim keçirib
Meşələrdə yanğın təhlükəsizliyi məsələləri müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər