Azərbaycan qazının orta qiyməti bu il 522 dollara çatacaq
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan qazının 2026-cı il üzrə orta qiyməti üzrə proqnozunu 141 dollardan çox artırıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Fond 2026-cı il üçün Azərbaycanın ixrac etdiyi təbii qazın orta qiyməti ilə bağlı proqnozunu 1 000 kubmetr üçün 380,4 ABŞ dollarından 521,9 dollara qaldırıb. Bu, əvvəlki proqnozla müqayisədə 141,5 dollar və ya 37,2% çoxdur.
IMF 2027-ci il üzrə proqnozunu 326,5 dollardan 424,3 dollara yüksəldib. Bu isə 97,8 dollar və ya 30% artım deməkdir. 2028-ci il üçün proqnoz 287,1 dollardan 312,1 dollara kimi artırılıb.
Fond 2029, 2030 və 2031-ci illər üçün də qazın orta ixrac qiymətini 1 000 kubmetr üçün 312,1 dollar səviyyəsində götürüb. Bu göstərici fevral proqnozu ilə müqayisədə 25 dollar və ya 8,7% yüksəkdir.
IMF-nin hesabatında qeyd olunur ki, qaz qiyməti fərziyyələri Fondun Dünya İqtisadi Proqnozu (WEO) çərçivəsində formalaşdırdığı baza ssenarisinə və əlavə premiuma əsaslanır.
Vurğulanıb ki, Yaxın Şərqdə müharibə nəticəsində neft və qaz qiymətlərinin yüksəlməsi Azərbaycanın xarici sektor göstəricilərinə və büdcə gəlirlərinə müsbət təsir göstərir. Fondun yekun hesabatında enerji qiymətləri üzrə proqnozların fevral ayı ilə müqayisədə yüksəldilməsi də bu amilin IMF-nin qiymət fərziyyələrində nəzərə alındığını göstərir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
2025-ci ildə Azərbaycanın təbii qaz gəlirləri 6,7 milyard dollar olub - STATİSTİKA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
İran ABŞ-nin nizamlama təklifinə cavab kimi Livanda atəşkəslə bağlı şərt qoyub
-
Mbappe "Barselona" ilə matçda "Real"ın heyətinə daxil edilməyib
-
Netanyahu: İranla müharibə hələ bitməyib
-
Kərkicahan sakini: Xankəndidə WUF13-ün keçirilməsini qürurla qeyd edirik
-
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB













