ASA-da şəhər mühitində fiziki aktivlik və idman infrastrukturuna dair beynəlxalq simpozium keçirilib
Azərbaycan İdman Akademiyasında (ASA) "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş "Şəhər mühitində idman: Fiziki fəallıq və idman imkanlarının inkişafı" (Sport in Urban Environment: Development of Physical Activity and Sports Opportunities) adlı Beynəlxalq Elmi Simpozium keçirilib.
"Far.Az" Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, simpoziumun məqsədi şəhər mühitində fiziki aktivliyin artırılması, sağlam həyat tərzinin təşviqi, idman infrastrukturlarının inkişafı, urbanizasiya şəraitində idmanın sosial və iqtisadi təsirlərinin araşdırılması, həmçinin bu istiqamətdə beynəlxalq təcrübə mübadiləsinin aparılması olub.
Açılış mərasimində ASA-nın rektoru Fuad Hacıyev çıxış edərək şəhər mühitində idmanın inkişafı, fiziki fəallığın təşviqi və beynəlxalq elmi əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Xarici universitetlərin nümayəndələrinin də məruzələrlə çıxış etdiyi simpozium panel sessiyalarla davam edib. İştirakçılar şəhər mühitində idmanın inkişafına dair elmi-praktik yanaşmalarını təqdim ediblər.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Beynəlxalq simpoziumun ikinci günü panellərlə davam edir
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Milyardlıq kosmetika imperiyasını tərk edib rahibliyə keçdi
-
Azərbaycanda qeyri-bank təşkilatları "Açıq bankçılığ"a qoşula biləcəklər













