"Qəbələ"nin idman direktoru Səbuhi Səfiyarlı: "Cərimələr birmənalı olaraq ağırdır"
AFFA İntizam Komitəsinin "Qəbələ"yə tətbiq etdiyi cərimələr birmənalı olaraq ağırdır.
Bu barədə "Report"a Qəbələ təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlı açıqlama verib.
O, Misli Premyer Liqasının XXXI turunda baş tutan "Qarabağ"la oyundan sonra komandanın futbolçusu Asif Məmmədovun 4 oyunluq cəzalandırılmasına münasibət bildirib:
"Apellyasiya şikayəti ilə bağlı hələ qərar verməmişik, məsələni araşdıracağıq. Lakin cərimələr birmənalı olaraq həddən artıq ağırdır. İntizam kodeksində yüngül təhqirlə ağır söyüşün cəzası eynidir. Asif illərdir futboldadır və heç kim onun kimisə ağır söyüşlə təhqir etdiyini eşitməyib. Hakimlərin idarəçiliyi zamanı qərəzli qərarlar olur. İnqilab Məmmədov daha əvvəl, "İmişli" ilə oyunda da 2 xalımızı əlimizdən almışdı. AFFA Hakimlər Komitəsi də səhvi təsdiqləmişdi. Belə vacib oyuna yenidən onun təyin edilməsi və bu cür qərar verməsi maraqlıdır. Asif oyundan sonra hakimlə görüşüb üzrxahlıq da edib. Orada ağır söyüş olsaydı, atmosfer daha gərgin olardı. 10 min manat cərimə bizim klub üçün çox böyük və ağır qərardır".
Klub rəsmisi azarkeşlərin meydana daxil olmasına görə kəsilən cəriməyə də toxunub:
"Meydana cəmi bir azarkeş daxil olub, qalanları isə topdaşıyan uşaqlardır. Dünya futbolunda da belə hallar olur. Lakin bir nəfərin qaçması ilə kütlənin meydana axışmasının cəzası eyni olmamalıdır. Bizim cəza sistemi yenidən nəzərdən keçirilməlidir. Sanki nə qədər çox cəza versələr, o qədər yaxşıdır deyə düşünürlər. İmkan düşən kimi dərhal ən ağır cəzalardan istifadə edirlər. Emosiyaların yüksək olması təbiidir, lakin cərimənin bu dərəcədə ağır olmasını düzgün hesab etmirəm".
Qeyd edək ki, matçın 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb və 4 oyunluq cəzalandırılıb. Klub isə 10 min manat cərimələnib.
Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması və əşya atılması isə klubu əlavə 4 500 manat ziyana salıb.
Oxşar xəbərlər
AFFA Hakimlər Komitəsinin sədri dəyişilib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"













