Restoranda siqaret QALMAQALI - Cərimə kimə düşür, siqaret çəkənə, yoxsa obyekt sahibinə?
Paytaxt restoranlarının birində qeydə alınan hadisə ictimai narazılığa səbəb olub.
Bununla bağlı BAKU.WS-in redaksiyasına müraciət edən vətəndaş bildirib ki, restoranda istirahət edərkən yan masada əyləşmiş şəxs qapalı məkanda siqaret çəkib. Ətrafdakıların, xüsusilə də onun etirazına baxmayaraq, həmin şəxs davranışını davam etdirib və "söndürmürəm, çəkəcəm" cavabı ilə narazılığa qarşılıq verib.
Hadisənin daha da təəssüf doğuran tərəfi isə obyekt rəhbərliyinin buna göz yumması olub. Bəs görəsən bu kimi halla qarşılaşan vətəndaşın hansı hüququ var? Ümumiyyətlə qapalı məkanda siqaret çəkməyin cəzası nədir, hara müraciət edək?
Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov BAKU.WS-ə açıqlamasında bildirib ki, respublikanın şəhər, rayon polis orqanları tərəfindən tütün məmulatlarından istifadə qaydasına riayət olunması ilə bağlı mütəmadi monitorinqlər keçirilir. Aidiyyəti qurumlarla birgə baş tutan tədbirlər zamanı fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də ümumi əhali arasında geniş izahat işləri aparılır.
Onun sözlərinə görə, ictimai yerlərdə, bankomatların önündə, dayanacaqlarda, küçə və prospektlərdə, insanların sıx toplaşdığı ərazilərdə xüsusi ayrılmış yerlər istisna olmaqla siqaret çəkən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbiri tətbiq edilir:
"Müəssisələrdə, idarələrdə, təşkilatlarda, görünən yerlərdə "Tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasının təmin edilməməsi, həmçinin tütün məmulatları tullantılarının ətraf mühitə atılması da inzibati məsuliyyət yaradır. Belə hallara yol verən şəxslər polis əməkdaşları tərəfindən aşkar edildikdə barələrində inzibati protokol tərtib olunur. Tütün məmulatlarından yalnız urnaların yaxınlığında istifadə olunmalıdır ki, bu digər şəxslərin həyat və sağlamlığına zərər verməsin. Vətəndaşlara tövsiyə olunur ki, bu prosesə qoşularaq qanunamüvafiq qaydada tütün məmulatlarından istifadə ilə bağlı normalara əməl etsinlər".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"













