"Liverpul"u məğlub edən "Aston Villa" UEFA Çempionlar Liqasına vəsiqə qazanıb
Birminqemin "Aston Villa" klubu futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turunun matçında öz meydanında eyniadlı şəhərin "Liverpul" komandasına qalib gəlib.
"Report" xəbər verir ki, Birminqemdəki "Villa Park"da keçirilən görüş 4:2 hesabı ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Olli Uotkins dubl edib (58',73'), həmçinin Morqan Rocers (42') və Con Makqin (89') fərqləniblər. "Liverpul"da isə hər iki qol Vircil Van Deykin hesabındadır (52' və 90').
"Aston Villa" qələbədən sonra 62 xal toplayaraq turnir cədvəlində məhz "Liverpul"u (59 xal) geridə qoyub və dördüncü pilləyə yüksəlib. Beləliklə, birminqemlilər 2026/2027-ci illər mövsümü üçün UEFA Çempionlar Liqasına vəsiqəni rəsmiləşdiriblər.
İngiltərə çempionatının sonuncu turunda "Aston Villa" səfərdə "Mançester Siti" ilə oynayacaq, "Liverpul" isə "Brentford"u qəbul edəcək. Xallar bərabər olduqda vurulan və buraxılan top fərqi daha yaxşı olan komanda üstünlük qazanır.
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Bakıda aeroportdan şəhərin mərkəzinə neçəyə getmək olur? - QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Zəfər Günü münasibətilə Ağdam və Xocavənd rayonlarında ağacəkmə aksiyaları keçirilib













