Bu da oldu… - Gənc qız süni intellekt asılılığına görə müalicəyə başladı
Far.Az xəbər saytı

Bu da oldu… - Gənc qız süni intellekt asılılığına görə müalicəyə başladı


İtaliyada süni intellekt asılılığı ilə bağlı ilk müalicə halı qeydə alınıb.

Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin asılılığı olan şəxslərə yardım göstərən dövlət xidməti - SERD məlumat yayıb.

Bildirilir ki, asılılıq təxminən 20 yaşlı bir qızda aşkarlanıb. O, uzun müddət davamlı şəkildə neyroşəbəkə ilə ünsiyyətdə olub və nəticədə süni intellekt onun davranışlarını və düşüncə tərzini anlamağa başlayıb.

Bir müddət sonra gənc qız süni intellektlə danışarkən özünü təhlükəsiz hiss etdiyini düşünməyə başlayıb, onu "əsl dost" kimi qəbul edib və ətrafındakı insanlardan uzaqlaşıb.

Tibb müəssisəsinin baş həkimi Laura Suardi bildirib ki, belə bir asılılıq həkimlər üçün gözlənilməz olmayıb. Onun sözlərinə görə, texnologiyanın sürətli inkişafı fonunda bu tip problemlərin gec-tez ortaya çıxacağı ehtimal edilirdi.

Məlumata görə, mütəxəssislər hesab edir ki, neyroşəbəkələrin populyarlığı insanlarda onların cavablarının tam dəqiq və etibarlı olması təəssüratı yaradır. Halbuki, süni intellekt modellərində məlumatın doğruluğunu tam təmin edən mexanizm mövcud deyil.

Oxşar xəbərlər

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər