Türkiyədə havanın temperaturu iqlim normasından yüksək olacaq
Temperaturlar iqlim normasından 4-5 dərəcə yüksək olacaq.
Far.Az xəbər verir ki, Türkiyə üzrə təsirini göstərən isti hava dalğasının daha bir həftə davam edəcəyi gözlənilir.
Bu barədə Türkiyənin Çevrə, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Meteorologiya Baş İdarəsinin Hava Proqnozu Mütəxəssisi Mehmet Özdemirci məlumat verib.
Son proqnozlara əsasən, ölkə üzrə yağış gözlənilmir və hava temperaturu iqlim normasından yuxarı olacaq.
Özdemirci bildirib ki, cümə axşamından etibarən şimal bölgələrdə temperatur enəcək və iqlim normalarına yaxınlaşacaq. Lakin daxili və şərq bölgələrdə istilik normasından yuxarı olaraq qalacaq.
Meteoroloq qeyd edib ki, ölkə üzrə temperatur iqlim normasından 4-5 dərəcə yüksəkdir və isti hava dalğası daha bir həftə təsirini göstərəcək.
Özdemirci xüsusilə daxili, qərb və cənub bölgələrdə havanın 35 dərəcəni keçəcəyini vurğulayıb və günəş şüalarının ən dik gəldiyi 12:00–16:00 saatları arasında vacib olmadıqca çölə çıxmamağı tövsiyə edib.
Oxşar xəbərlər
Türkiyədə havanın temperatury iqlim normasından yüksək olacaq
Mart ayında hava iqlim normasından yüksək olacaq
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
May ayının havası AÇIQLANIB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"













