Pezeşkian polis təcridxanasındakı şəxsin işgəncə ilə öldürülməsi faktını araşdırmağı tapşırıb
İran Prezidenti Məsud Pezeşkian ölkənin şimalında yerləşən Lahican şəhərində saxlanılan şəxsin ölümü ilə bağlı araşdırma aparılmasına dair göstəriş verib.
Far.Az xəbər verir ki, bu barədə hökumətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elias Həzrəti bildirib.
“Lahicandakı faciəli hadisədən sonra Prezident daxili işlər nazirinə bu hadisənin bütün aspektlərini araşdırmaq və nəticələrini mümkün qədər tez kabinetə bildirmək üçün komissiya yaratmağı tapşırıb”, - o qeyd edib.
İranlı fəalların hüquqlarını müdafiə edən “Hengaw” təşkilatı bildirib ki, 36 yaşlı Məhəmməd Mirmusəvi avqustun 24-də xüsusi təyinatlı polis əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra o, Lahican rayonunda polis bölməsinə aparılıb və orada işgəncələrə məruz qalaraq ölüb.
Qeyd edək ki, sosial medianın İran seqmetində Məhəmməd Mirmusəvinin işgəncəyə məruz qaldığı görüntülər yayıldıqdan sonra hadisə ilə bağlı beş polis saxlanılıb. Lahican prokuroru Məhəmməd Mirmusəvinin ölümündə iştirak ittihamı ilə ərazidə olan 5 polis əməkdaşının müvəqqəti saxlanıldığını təsdiqləyib.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Türkmənçay müqaviləsinin yarıya böldüyü, Nəbatinin dəfn edildiyi Azərbaycan şəhəri - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
Avropanın əhalisi 53 milyon azalacaq
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Bakıdan yola düşən rəmzi qatar Kürdəmirə çatdı













