Azərbaycanın xalis maliyyə aktivləri 110 milyard manata çatıb
Far.Az xəbər saytı

Azərbaycanın xalis maliyyə aktivləri 110 milyard manata çatıb


Bu il oktyabrın 1-nə Azərbaycanın xalis maliyyə aktivləri 109 milyard 880,7 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə görə, bu məbləğ ölkənin 133 milyard 777 milyon manatlıq maliyyə aktivləri ilə 23 milyard 896,3 milyon manatlıq maliyyə öhdəlikləri arasındakı fərq hesabına formalaşıb. Maliyyə aktivlərinin 125 milyard 864,8 milyon manatı Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) məxsusdur, qalan 7 milyard 894,4 milyon manatı vahid xəzinə hesabının qalığı, 17,8 milyon manatı isə dövlət müəssisələrinin büdcə qarşısında öhdəliklərinə xidmət üzrə cari ilə düşən məbləğdir.

Son 1 ildə ARDNF-in aktivlərinin artması ölkənin xalis maliyyə aktivlərinin artmasını şərtləndirən əsas amil olub. Fondun aktivləri isə 2025-ci ilin sonuncu rübündə qızılın bahalaşması, 2026-cı ilin mart ayından başlayaraq bir barel xam neftin qiymətində ciddi artım, qurumun izlədiyi əsas səhm indeksi üzrə yüksək gəlirlilik və dövlət büdcəsinə transfertlərin azalması hesabına olub. Bu komponentin hesablanması bəzi hallarda kassa metoduna əsaslanmır.

"Büdcə zərfi"ndə "Büdcə sistemi haqqında" qanuna xalis maliyyə aktivlərinin tərkib elementlərindən "vahid xəzinə hesabının idarəetməyə verilmiş vəsaitləri" ifadəsinin çıxarılması ilə bağlı dəyişiklik nəzərdə tutulur.

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Azərbaycanda büdcə qaydası dəyişib
SOCAR-ın dəstəyi ilə hazırlanmış "Qara qızılın sirri" adlı kitabın təqdimatı keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycanda büdcə qaydası dəyişir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər