Yekaterinburqda həbs edilən azərbaycanlılar avtomobili yandırmaqda şübhəli bilinirlər
Far.Az xəbər saytı

Yekaterinburqda həbs edilən azərbaycanlılar avtomobili yandırmaqda şübhəli bilinirlər


Əvvəlki illərdə Rusiyanın Yekaterinburq şəhərində qətl törətməkdə şübhəli bilinərək həbs edilən azərbaycanlı Səfərov qardaşlarının rəqibi olan sahibkarın avtomobilinin yandırılmasında əli olduğu ehtimal edilir.

BAKU.WS Oxu.az-a sitinadən xəbər verir ki, bu barədə Rusiyanın təhlükəsizlik qüvvələrindəki mənbə məlumat yayıb. 

Onun sözlərinə görə, hadisə 2020-ci il noyabrın 20-nə keçən gecə Kirov rayonunda baş verib. Kadrlardan da göründüyü kimi maskalı şəxslər "Toyota Land Cruiser" markalı avtomobili yandırıblar. Ertəsi gün polis Rusiya Cinayət Məcəlləsinin 167-ci maddəsinin 2-ci hissəsi (əmlakı qəsdən məhv etmə və ya zədələmə) ilə cinayət işi açıb.

"Polis şöbəsində zərərçəkmiş iş adamı dərhal bildirib ki, Səfərovların cinayətdə əli ola bilər. Onun onlarla uzun müddətdir münaqişəsi var. Daha əvvəl o, Səfərovların saxta spirtli içkilərin satışı ilə məşğul olduğu ehtimalı ilə onlardan şikayət edib", - agentliyin mənbəsi bildirib.

Dəyən ziyan 1.8 milyon rubldan çox olub (təxminən 39 min manat - red.). Lakin cinayət işinin üstünü açmaq hələ mümkün olmayıb. Həbsdə olan Səfərov qardaşlarının müdafiəçisi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlılar kütləvi şəkildə həbs ediliblər. Ayaz, Akif, Məzahir, Kamal və Bəkir Səfərovlar, Əhliman Gənciyev, Şahin Lalayev və Əziz Abbasov həbs ediliblər. Onlar 2001-ci ildə ticarətçi Yunis Paşayevi öldürməkdə, 2010-cu ildə Fehruz adlı şəxsi öldürməyə cəhddə və 2011-ci ildə onu öldürməkdə şübhəli bilinirlər.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan ərazilərinin işğal edilməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Məhkəmədə Kəlbəcərin işğalı zamanı əsir və girovlara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər