İsrail hərbçiləri Suriyanın cənub-qərbini atəşə tutub
İsrail ordusu Dəməşqdən təxminən 46 km cənub-qərbdə, Hermon dağının yamaclarında yerləşən Beyt-Cən yaşayış məntəqəsinin ətrafına artilleriya zərbəsi endirib.
"Far.Az"un SANA agentliyinə istinadən verdiyi məlumata görə, atəş nəticəsində yerli sakinlər arasında xəsarət alan olmasa da, maddi ziyan qeydə alınıb.
Məlumata görə, mərmilər Curat əl-Loz ərazisinə düşüb. Dəyən ziyanın miqyası barədə məlumat açıqlanmır.
Agentliyin qeyd etdiyi kimi, Hermon dağ massivinə nəzarət edən İsrail bölmələri əvvəllər də bu ərazidə hərbi əməliyyatlar keçirib.
Bundan əlavə, çərşənbə axşamı İsrail hərbçiləri Əl-Qüneytrə vilayətindəki Tranca yaşayış məntəqəsi sakinlərinin hərəkətini məhdudlaşdıraraq, nəqliyyatın və piyadaların yoxlanılması üçün nəzarət-buraxılış məntəqəsi qurublar. İsrail bölmələrinin pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə, Vadi-Rəqqad ərazisində əməliyyat keçirdiyi Dəra vilayətinin qərb hissəsindəki yollarda əlavə blokpostlar peyda olub.
SANA-nın məlumatına görə, oktyabr ayında Suriya hakimiyyəti ölkənin cənubunda İsrail tərəfindən 200-dən çox qayda pozuntusu qeydə alıb. Bunların arasında quru bölmələrinin müdaxiləsi, artilleriya atəşləri, kəşfiyyat aviasiyasının uçuşları, yaşayış məntəqələrində reydlər və yerli sakinlərin saxlanılması var.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













