Putindən gözlənilməz qərar
Far.Az xəbər saytı

Putindən gözlənilməz qərar


Rusiya Prezidenti Vladimir Putin diplomatik sahədə əhəmiyyətli dəyişiklik edib. O, uzun illərdir ölkənin xarici siyasətində mühüm rol oynayan Mixail Boqdanovu iki vəzifədən birdən azad edib.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, Putinin imzaladığı fərmanla Boqdanov xarici işlər nazirinin müavini postundan uzaqlaşdırılıb. Bu barədə sənəd artıq rəsmi hüquqi informasiya portalında dərc olunub.

Bununla yanaşı, Vladimir Putin Mixail Boqdanovu həm də Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi vəzifəsindən kənarlaşdırıb.

Qeyd edək ki, Boqdanov uzun illər ərzində Rusiya diplomatiyasında Yaxın Şərq məsələləri üzrə əsas simalardan biri kimi tanınıb və regionda Moskvanın maraqlarının qorunmasında fəal iştirak edib.

Onun birdən-birə hər iki vəzifədən azad olunması Rusiya xarici siyasətində ciddi dəyişikliklərin ola biləcəyinə işarə edir. Hazırda Boqdanovun yerinə kimin təyin olunacağı və bu qərarın səbəbləri ilə bağlı Kremlin mövqeyi açıqlanmayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər