Rihanna övladları ilə atasının yas mərasiminə qatıldı
Far.Az xəbər saytı

Rihanna övladları ilə atasının yas mərasiminə qatıldı


Məşhur müğənni Rihanna atasının dəfn mərasiminə qatılıb. 

Far.Az xəbər verir ki, o mayın sonunda vəfat edən atası Ronald Fentinin yasında iştirak etmək üçün Barbadosa gedib. 

Sənətçi ora azyaşlı övladları ilə yollanıb.

Müğənni yasda ağ rəngli uzun libas geyinib. Onun libasının ağ olması dünya mətbuatında müzakirələr yaradıb.

İfaçının atası Ronald Fentinin uzun müddət mədəaltı vəzi xərçəngi və ağ ciyər infeksiyası ilə mübarizə apardığı ortaya çıxıb. 

Rihanna ilə atasının münasibətləri son bir neçə ildə düzəlməyə başlamışdı. Lakin Ronald Fenti bu il mayın 31-i səhər saatlarında Los-Ancelesdə vəfat edib.

Onun xəstəlik nəticəsində dünyasını dəyişdiyi isə iddia idi və öz təsdiqini tapmamışdı.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Rihanna atasını bu səbəbdən itirib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər