Qocalıqda kar olmamaq üçün gənclikdən qulaqları necə qorumaq lazımdır?
Qulaq-burun-boğaz (LOR) mütəxəssisi Fransisko Markes qulaq sağlamlığının qorunması ilə bağlı vacib məsləhətlər verib.
Far.Az xəbər verir ki, o, İspaniyanın 20minutos nəşrinə müsahibəsində bildirib ki, 65 yaşdan sonra eşitmə qabiliyyətinin itməsinin qarşısını almaq üçün əsas tədbirlərdən biri gənc yaşlardan qulaqları yüksək səsdən qorumaq və qulaq çöpündən istifadə etməməkdir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 65 yaşdan yuxarı insanların üçdə biri eşitmə itkisi yaşayır. Bu isə təkcə həyat keyfiyyətini aşağı salmır, həm də sosial təcrid, zehni zəifləmə və ağır depressiyaya səbəb ola bilər.
Həkim Markesin sözlərinə görə, yaşlandıqca eşitmənin zəifləməsini "normal hal" hesab edib heç bir tədbir görməmək ən təhlükəli yanlışlardan biridir. Yaşla əlaqəli kar olma qulaqda səsi qəbul edən xırda hüceyrələrin tədricən sıradan çıxması ilə bağlıdır. Bu hüceyrələrin zəifləməsinə genetik faktorlarla yanaşı, daim səs-küylü mühit, yüksək təzyiq və şəkərli diabet kimi xəstəliklər də təsir edir.
Baxmayaraq ki, yaşla bağlı eşitmə itkisini tam dayandırmaq mümkün deyil, müasir eşitmə cihazları və koklear implantlar sayəsində insanlar ünsiyyət qurma qabiliyyətini və həyat keyfiyyətini qoruya bilirlər.
50 yaşdan yuxarı şəxslərə mütəmadi olaraq qulaq müayinəsindən keçmək tövsiyə olunur. Erkən diaqnoz eşitmə pozuntularının qarşısını almağa kömək edə bilər.
Həkim əlavə edib ki, qulaqları səsdən qorumaq üçün qulaqcıq və ya səsboğucu qulaq tıxaclarından istifadə etmək, qulaq kiri təmizliyini isə mütəxəssislərə həvalə etmək lazımdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Bakıda Qlobal Cənub QHT-lərinin Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib
-
Nəsrin Cavadzadənin serialı bu tarixdə başlayır
-
Türkiyənin 21 bölgəsində əməliyyat! Tanınmış jurnalist də daxil olmaqla 200 NƏFƏR SAXLANILDI
-
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir













