"Öyrən, xilas et!" layihəsi çərçivəsində təlimlərə yekun vurulub
Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Öyrən, xilas et!" layihəsi çərçivəsində keçirilən təlimlərə yekun vurulub.
BAKU.WS xəbər verir ki, Layihənin reallaşdırılmasında məqsəd könüllülərə fövqəladə hallarda əhaliyə ilkin psixoloji yardımın göstərilməsi və müxtəlif xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarının aşılanması olub.
Layihə çərçivəsində təlimlər Fövqəladə Hallar Nazirliyinin Gəncə və Cənub Regional mərkəzlərində baş tutub.
"Regional İnkişaf" İctimai Birliyinin könüllülərinə Fövqəladə Hallar Nazirliyinin mütxəssisləri tərəfindən fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi, müxtəlif ekstremal situasiyalarda davranış qaydaları, o cümlədən ilk yardım və ilkin psixoloji yardım göstərilməsi, yanğından mühafizə, mülki müdafiə və s. mövzularda həm nəzəri, həm də praktik təlimlər keçirilib. Həmçinin, təlimlər çərçivəsində könüllülərə fövqəladə hallar zamanı istifadə olunan müxtəlif texniki avadanlıq və alətlər təqdim olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları aşılanıb.
Qeyd edək ki, növbəti mərhələdə təlimlərə cəlb edilmiş könüllülər əldə etdikləri bilikləri əhali arasında yaymaqla dövlət qurumları tərəfindən aparılan maarifləndirmə işlərinə dəstək göstərəcəklər.
Qalereya
Oxşar xəbərlər
Məktəblərdə psixoloqların fəaliyyəti qaneedicidir?
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub













