ABŞ Prezidenti: İrana qarşı hərbi əməliyyatlar davam edəcək
Ağ Ev lideri Donald Tramp bildirib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları davam edəcək.
"Far.Az" xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkə hesabında yazıb.
Hazırda Pekində dövlət səfərində olan Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlarının gedişatını müzakirə edərkən bildirib ki, Çin lideri onu ikinci müddətində qazandığı uğurlara görə təbrik edib.
Administrasiyasının nailiyyətləri arasında Tramp xüsusilə Venesuela üzərində hərbi qələbəni, onunla inkişaf edən münasibətləri və İranın hərbi cəhətdən "məhv edilməsini" qeyd edib və əlavə edib ki, "bu, davam edəcək".
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibəyə başlayıblar. 7 apreldə Amerika prezidenti İran ilə iki həftəlik qarşılıqlı atəşkəs elan edib. 11 apreldə Tehran və Vaşinqton nümayəndələri İslamabadda danışıqlar aparıblar, lakin bir sıra fikir ayrılıqlarına görə uzunmüddətli razılaşma barədə razılığa gələ bilməyiblər.
21 apreldə ABŞ Prezidenti İranla atəşkəsi uzatmaq niyyətində olduğunu açıqlasa da, Tehran Vaşinqtonun birtərəfli atəşkəs uzatmasını tanımaq niyyətində olmadığını və öz maraqlarına uyğun hərəkət edəcəyini bəyan edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanla Türkiyə arasında "Sıfır Tullantı" konsepsiyası çərçivəsində fikir mübadiləsi aparılıb
-
Brüsseldə ənənəvi beynəlxalq "Suqovuşan" minifutbol turniri keçirilib
-
EBRD-in Müdirlər Şurasının sessiyasında Azərbaycanın azad edilmiş ərazilərinin bərpasından danışılıb
-
Tramp İranla danışıqların təfərrüatlarını və Tehrandan tələbini açıqlayıb
-
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
-
Sami Yusuf azərbaycanlı musiqiçilərin iştirakı ilə Fəsdəki festivalda çıxış edib













