ABŞ ötən il İrandan uran ehtiyatlarını çıxarmaq istəyib
Far.Az xəbər saytı

ABŞ ötən il İrandan uran ehtiyatlarını çıxarmaq istəyib


ABŞ 2025-ci ilin iyun ayında hücuma məruz qalan İranın nüvə obyektlərindən zənginləşdirilmiş uranın çıxarılması əməliyyatının həyata keçirilməsi ehtimalını nəzərdən keçirib, lakin bunun üçün onlar ölkə ərazisində bir həftə yarım qalmalı olacaqlardı.

"Report" xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp bildirib.

"Bunu erkəndən etməyi düşünmüşdük, amma bu, bir az vaxt, bir həftə yarım vaxt aparacaqdı. Bu, düşmən ərazisində olmaq üçün uzun müddətdir", - deyə o, Fox News-a verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, zənginləşdirilmiş uranın çıxarılması əməliyyatı qranitin deşilməsini tələb edirdi: "Qranit çox sərtdir. Biz (2025-ci ilin iyun ayında – Qeyd) zərbələr üçün çox güclü bombalardan istifadə etdik".

Tramp həmçinin, İranın zənginləşdirilmiş uranının nəzarət altında basdırıla biləcəyini, lakin Vaşinqtonun onun sərəncamında olmasını üstün tutacağını bildirib: "Bəli, onu nəzarət altında basdırmaq olar, amma mən onu qəbul etməyi üstün tutardım".

O, həmçinin ABŞ-nin sonda bu uranı çıxarmağa müvəffəq olacağı fikrini də dilə gətirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər