Aİ Azərbaycan və Ermənistan arasında sülh prosesini diqqətlə izləyir
Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.
Far.Az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsi "Report"un Avropa bürosunun əməkdaşının verdiyi sualı cavablandırarkən deyib.
"Bu mühüm danışıqları (Azərbaycan və Ermənistan - red) qeyd etdiyiniz üçün təşəkkür edirik. Biz regionda baş verənləri diqqətlə izləyirik, həmçinin hər iki tərəfi münasibətləri normallaşdırmağa və sülh danışıqlarını uğurla yekunlaşdırmağa təşviq edirik", - o vurğulayıb.
Bununla belə, onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı məsələ Aİ Xarici İşlər Nazirləri Şurasının gələn həftənin əvvəlində Brüsseldə keçiriləcək iclasının gündəliyinə daxil edilməyib.
"Lakin xarici işlər nazirləri tərəflər arasında sülh prosesinə öz dəstəyini ifadə etmək istəyə bilər", - Aİ nümayəndəsi əlavə edib.
Qeyd edək ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Liderlər sülh yolu ilə nizamlanma məsələlərini müzakirə edib və ikitərəfli danışıqların davam etdirilməsi, eləcə də ölkələr arasında etimadın möhkəmləndirilməsi istiqamətində atılan addımlar barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub













