Qərbi Azərbaycan Xronikası: Yaşlı erməni dedi ki, vaxt gələcək, siz gedəcəksiniz
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Yaşlı erməni dedi ki, vaxt gələcək siz gedəcəksiniz" verilişi Göyçə mahalı, Qaraqoyunlu dərəsi, Çəmbərək rayonu Yanıqpəyə kənd sakini Zaur Sərdarovun həyat hekayəsinə həsr olunub.
O, 1960-cı ildə anadan olduğunu, orta məktəb illərində yaz-yay vaxtı yaylaqlara köçdüklərini, Göyçə gölündə balıq tutduqlarını, qayıqlarla gəzdiyini söyləyib.
Onun sözlərinə görə, o vaxt Yanıqpəyə yaylaq yeri olub: "Qazaxdan gəlib, orada heyvan otarırlarmış. 1930-cu illərdə oradakı pəyəni yandırıblar. Yanıqpəyə adı elə ondan qalıb. Orada başqa millət yaşamayıb, hamsı türk olub. Əhalinin 99 %-i qohum idi. Uşaqlıq döyründə, tələbəliyə qədər İrəvana, Kirovakana, Dilicana, Çəmbərəyə gedəndə bizə bir cür baxırdılar. Mağazaya mal vermirdilər, camaat rayona gedəndə görürdün, incik gəlirdilər. Bir erməni mənə öz dillərində dedi ki, elə vaxt gələcək, bizim hökumətimiz olacaq. Sən hələ uşaqsan, belə şeyləri bilməzsən. Onların bu sözlərinə bizim ağsaqqallarımız, ağbirçəklərimiz inanmırdılar. Sovet hökumətinə güvənirdilər".
Yanıqpəyə sakini 1988-ci ilin dekabrın 2-də camaatın kənddən çıxmağa başladığını vurğulayıb: "Karvansaray rayonunda heyvanları gətirən uşaqların qarşısını ermənilər kəsib, onları qorxutmaq üçün heyvanları güllələmişdilər. Sonra heyvanları uşaqların əlindən almışdılar. Biz evlərimizi dəyişə bilmədik. Bütün mal-mülkümüz orada qaldı. Camaat Çəmbərək rayonundan keçməklə Gədəbəyə gəldilər".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qərbi Azərbaycan Xronikası: “Ermənilər əvvəllər özlərini “yaxşı dost” kimi göstərirdilər”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda səhiyyə və sosial müdafiə sistemlərinin koordinasiyası gücləndirilir
-
DMM: Bəziləri Türkiyənin dövlət qurumlarının işinə kölgə salmağa çalışır
-
"Bloomberg": ABŞ və İran atəşkəsin daha iki həftə uzadılmasını nəzərdən keçirirlər
-
İTV-yə yeni baş direktor nə vaxt seçiləcək? - Telekanal rəsmisindən AÇIQLAMA
-
"Sea Breeze Resort" istirahət zonasına su fondundan 55 hektar torpaq sahəsi ayrılıb
-
Azərbaycanda "Kipr günləri" keçiriləcək













