Sertifikasiyadan kəsildi, məktəbə yenidən işə düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
Ağcəbədidə müəllimlərin serftifikasiya imtahanından kəsilən ibtidai sinif müəllimi işlədiyi məktəbə yenidən işə düzəlmək istəyərkən dələduzluqla üzləşib.
Far.Az qaynarinfo-ya istinadən xəbər verir ki, imtahandan kəsildiyi üçün işdən çıxarılan müəllimin atası Elnur adlı tanışına qızının işdən çıxarıldığını bildirib.
Elnur isə ona qızını yenidən işlədiyi məktəbdə texniki işçi kimi işə düzəldə biləcəyini deyib. Bunun müqabilində isə 2 000 manat pul istəyib. Deyilən məbləğ Elnura verilsə də, o, vədini yerinə yetirməyib.
Elnur başqa bir şəxsin adına 3 950 manat kredit götürüb ödəmədiyinə görə barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Həmin şəxs saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Ağcəbədi Rayon Məhkəməsində hakim Rəşad Nuriyevin sədrliyi ilə baxılıb. Elnur məhkəmədə verilmiş ittihamla özünü təqsirli bildiyini deyib. Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəyəcəyini deyərək məhkəmədən yüngül cəza verilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycanda 1.2 milyon manat dələduzluqda ittiham olunan sahibkar: "Əti maaş əvəzinə paylayıblar"
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













