DİM: Bu gün saat 15:00-da imtahanın düzgün cavabları açıqlanacaq
Far.Az xəbər saytı

DİM: Bu gün saat 15:00-da imtahanın düzgün cavabları açıqlanacaq


İlkin Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.

Mərkəzdən verilən məlumata görə, bu gün saat 15:00-da DİM-in "Youtube" kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.

Abituriyentlər onları maraqlandıran sualları "Youtube"da yerləşdiriləcək müvafiq yayımın altına yaza bilərlər.

Oxşar xəbərlər

Ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib
I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib
Bu gün 54 247 abituriyent üçün imtahan keçirilib
7 nəfərdə mobil telefon, 3 nəfərdə "ağıllı" saat aşkarlanIb
Bu gün 59 minə yaxın şagird üçün buraxılış imtahanı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər