Vado Korovinin kürəkəni İŞDƏN ÇIXARILDI
"Space" televiziyasının keçmiş baş direktoru Vado Korovinin kürəkəni, icraçı direktor Nəriman Əbdüləliyevin kanaldakı işinə son verilib.
Far.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında məlumat paylaşıb.
"Bu gün mənim üçün önəmli bir mərhələ başa çatdı.
"Space" TV-də keçən illər ərzində çox mürəkkəb, eyni zamanda dəyərli bir yol keçdik. Kanalın ən çətin dövrlərində belə komandamızla birlikdə efiri qorumağa, yeni layihələr qurmağa və tamaşaçı marağını yenidən artırmağa çalışdıq. Müəyyən dövrdə "Space"in ölkənin ən çox izlənilən ikinci televiziya kanalına çevrilməsi də bu zəhmətin nəticəsi idi.
Bu müddətdə qəbul olunan bir çox qərarın doğru və faydalı olduğuna inanıram. Ən əsası isə, bütün çətinliklərə baxmayaraq, prosesləri dağıtmadan və sabitliyi qoruyaraq bu mərhələni tamamlaya bildik.
Mənim üçün ən dəyərli məsələlərdən biri də gənc kadrların təcrübəli televiziya işçiləri ilə birlikdə yetişməsi və bu sinerjinin kanala yeni nəfəs gətirməsi oldu.
Son dövrlərdə kanalın stabilliyi, efirin davamlılığı və proseslərin idarə olunması üçün əlimdən gələnin maksimumunu etməyə çalışdım", - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq













