Taksilər avtobus zolaqlarından istifadə edə biləcək? - RƏSMİ CAVAB
Far.Az xəbər saytı

Taksilər avtobus zolaqlarından istifadə edə biləcək? - RƏSMİ CAVAB


Bakıda taksilərin avtobus zolaqlarından istifadəsi məsələsi gündəmdə deyil.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, taksilərin avtobus zolaqlarından istifadəsi bir çox ölkədə müzakirə olunan mövzudur:

"Açıq deyim ki, hazırda biz bu məsələni gündəmdə saxlamırıq. Bunun əsas səbəbi avtobusların hərəkət intervalının qorunmasının prioritet olmasıdır. Əgər avtobusların qrafiki təmin edilməsə, digər tədbirlərin heç bir mənası qalmır.

Məqsəd odur ki, ictimai nəqliyyatdan istifadə edən sərnişin avtobusa rahat və vaxtında minə bilsin. Əgər avtobuslar da digər avtomobillərlə birlikdə tıxacda qalacaqsa, insanlar ictimai nəqliyyata üstünlük verməyəcək, şəxsi avtomobilə və ya taksiyə yönələcəklər".

A.Rzayev vurğulayıb ki, vaxtilə taksilərin avtobus zolaqlarına daxil olmasına icazə verən bəzi ölkələrdə hazırda əks proses gedir:

"Paris, Sinqapur və Nyu-Yorkda avtobus zolaqlarının daha sərt şəkildə təcrid olunması istiqamətində addımlar atılır. Londonda da avtobus zolaqlarından istifadəyə nəzarətin sərtləşdirilməsi prosesi başlayıb. Çünki həmin şəhərlərdə gördülər ki, avtobus intervalları pozulmağa başlayır. Bizim reallığa uyğun başqa bir nümunəni də qeyd etmək istərdim.

Təsəvvür edin ki, hansısa şəxs regionlardan birində taksi fəaliyyəti üçün buraxılış kartı alır və daha sonra Bakıda avtobus zolağından istifadə edir, amma faktiki olaraq sərnişin daşımır. Sistem baxımından bu avtomobil taksi kimi görünür və avtobus zolağına daxil olur. Belə halların baş vermə ehtimalını da nəzərə almalıyıq. Ona görə də hesab edirik ki, bu məsələ ilə bağlı qərar vermək üçün əvvəlcə ümumi nəqliyyat sistemində müəyyən dəyişikliklər və əlavə tənzimləmələr həyata keçirilməlidir".

Oxşar xəbərlər

Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər