Qətər İsrailin Qəzzadan çıxarılma planını hazırlayıb
Fələstinin radikal "HƏMAS" hərəkatı Qətərin 2025-ci ilin yanvarında İsrail Silahlı Qüvvələrinin Qəzza zolağından çıxarılması üçün təklif etdiyi plana qayıtmağa hazırdır və kiçik güzəştlərə gedə bilər.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı Fələstin mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, "HƏMAS" nümayəndələri Dohadakı məsləhətləşmələr zamanı Qətər müzakirəçiləri tərəfindən 2025-ci ilin əvvəlində İsrail ordusunun Qəzza zolağından çıxarılması planı ilə bağlı müzakirələrə qayıtmağa hazır olduqlarını bildiriblər.
Sənəd yəhudi dövlətinin qoşunlarının Fələstin anklavının sərhədindən 700 metr dərinlikdə, həmçinin sektorun müəyyən ərazilərində 400 metr dərinlikdəki mövqelərindən çıxarılmasını nəzərdə tutur.
Mənbələr vurğulayıb ki, "HƏMAS" bu planın bəzi məqamlarını tənzimləmək baxımından düzəlişlər edə bilər.
Eyni zamanda hərəkat Rəfah və Xan-Yunis şəhərləri arasında şərqdən qərbə doğru Qəzza zolağından keçən "Moraq" deyilən oxda İsrail bölmələrinin qorunub saxlanmasını tamamilə rədd edir.
Hərəkatın rəhbərliyi hesab edir ki, İsrail hərbçilərinin ərazidə olması 400 minə yaxın fələstinlinin Rəfaha qayıtmasının qarşısını alacaq.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
HƏMAS-İsrail müharibəsinin bir ili - kim nə qazanıb? - ŞƏRH
Vaxtilə işğalda olan Azərbaycan ərazilərinin "Ermənistana birləşdirilməsi" niyyəti məhkəmədə ifşa olunub
HƏMAS-İsrail atəşkəsi - beynəlxalq ictimaiyyətin uğuru - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İftar vaxtı - 16 mart 2026: Ramazanın 26-cı günü
-
Premyer Liqa: "Qəbələ"yə qalib gələn "Neftçi" turnir cədvəlində irəliləyib
-
Pentaqon İran dronları ilə mübarizə aparmaq üçün səmərəli yol tapıb
-
Məzuniyyətə çıxmaq istəyənlərin NƏZƏRİNƏ - Əməkhaqqı belə hesablanır
-
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 850-yə çatıb
-
ABŞ Hörmüz boğazından keçən gəmilərin mühafizəsində digər ölkələrin də iştirak etməsini istəyir













