Tibb aləmində yeni kəşf - Bu dərman insan ömrünü uzadır
Far.Az xəbər saytı

Tibb aləmində yeni kəşf - Bu dərman insan ömrünü uzadır


Alimlər "rapamisin" adlı preparatın bəzi heyvan növlərində ömrü uzatmaq qabiliyyətinə malik olduğunu müəyyən ediblər. Böyük Britaniyada aparılan genişmiqyaslı tədqiqat çərçivəsində balıqlardan meymunlara qədər 8 müxtəlif növ üzərində aparılmış 167 eksperiment təhlil olunub.

Far.Az xəbər verir ki, nəticələrə əsasən, rapamisin ömrü qida məhdudiyyəti qədər effektiv şəkildə uzada bilir. "Metformin" adlı başqa bir preparat isə bu baxımdan daha zəif təsir göstərib.

"Rapamisin" 1970-ci illərdə Pasxa adasında kəşf edilib. Hazırda bu dərman orqan transplantasiyası zamanı istifadə olunur.

Aparılan araşdırmalar göstərib ki, rapamisin qocalma prosesini ləngidir. Lakin onun bəzi yan təsirləri də ola bilər. Bu səbəbdən, hal-hazırda insanlar üzərində aşağı dozalı sınaqlar davam etdirilir.

Alimlərin məqsədi – qidalanmada sərt məhdudiyyətlər olmadan, daha uzun və sağlam ömür əldə etməkdir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Uzun ömrün sirri bu dərmanda ola bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər