Məhkəmə Ramiz Əzizbəylinin kürəkəni barədə qərar verdi
Far.Az xəbər saytı

Məhkəmə Ramiz Əzizbəylinin kürəkəni barədə qərar verdi


Mərhum Xalq artisti Ramiz Əzizbəylinin Nəsimi Rayon Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən kürəkəni Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanının təqdimatına baxılıb.

BAKU.WS lent.az-a istinadla xəbər verir ki, məhkəmə hər iki şəxs barəsində həbs qətimkan tədbirinin 3 ay müddətinə uzadılmasına qərar verib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər külli miqdarda dələduzluq etməkdə ittiham edilirlər. Onlar ötən ay məhkəmənin qərarı ilə həbs ediliblər.

Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Oxşar xəbərlər

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Ramiz Əzizbəylinin kürəkəninin şikayəti rədd edildi, həbsdə saxlanıldı
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər