Baş prokuror Mingəçevir, Zaqatala və Xaçmaza prokurorlar təyin etdi
Far.Az xəbər saytı

Baş prokuror Mingəçevir, Zaqatala və Xaçmaza prokurorlar təyin etdi


Xaçmaz rayonuna prokuror təyin edilib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Baş prokurorun əmri ilə baş ədliyyə müşaviri Rəşad Məmmədov ikinci səlahiyyət müddətinə Xaçmazın prokuroru vəzifəsinə təyin edilib.

*** 13:16

Mingəçevir şəhəri və Zaqatala rayonuna yeni prokurorlar təyin ediliblər.

Far.Az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Baş prokurorun əmri ilə, Mingəçevir şəhər prokuroru, baş ədliyyə müşaviri Qabil Səfərov tutduğu vəzifədən azad edilərək Zaqatala rayon prokuroru təyin edilib.

Baş prokurorun digər əmri ilə, Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi Pərvin Quliyev vəzifəsindən azad edilərək Mingəçevir şəhərinə prokuror təyin olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər