AİB təbii fəlakətlər halları üçün istiqrazların ilk buraxılışını həyata keçirib
Asiya İnkişaf Bankı (AİB) özünün regional Fəlakətlərə Reaksiya üzrə Çoxsəviyyəli Maliyyələşdirmə Proqramı çərçivəsində təbii fəlakətlər halları üçün istiqrazların (Disaster Resilience Bonds, DRB) ilk buraxılışını həyata keçirib.
"Report"un Səmərqənddə ezam olunan müxbirinin məlumatına görə, bu, AİB-nin Rəhbərlər Şurasının 59-cu illik toplantısı çərçivəsində təbii fəlakət məsələlərinə dair seminarda elan olunub.
Təşəbbüsün məqsədi təbii kataklizmlərin və iqlim şoklarının maliyyə nəticələrini azaltmaqdır.
Qeyd olunur ki, istiqrazlar genişmiqyaslı təbii fəlakətlərdən qorunmaq və sığorta hadisəsi baş verdikdə Qırğızıstan və Tacikistanı sürətli likvidliklə təmin etmək üçün nəzərdə tutulub.
"Güclü zəlzələlər və ya daşqınlar ölkənin inkişafını illərlə geriyə sala bilər. Bu debüt suveren katastrof istiqrazları sayəsində Mərkəzi Asiyadakı inkişaf etməkdə olan üzv ölkələrimiz təbii fəlakət baş verdiyi an operativ və zəmanətli maliyyələşdirməyə çıxış əldə edirlər ki, bu da onlara daha tez bərpa olunmağa imkan verəcək. Bu buraxılış gələcək yerləşdirmələr üçün yol açır və zamanla investorların dinamik inkişaf edən regionla qarşılıqlı əlaqəsini dərinləşdirəcək", - AİB-nin maliyyə və risklərin idarə edilməsi üzrə vitse-prezidenti Roberta Kazali vurğulayıb.
DRB istiqrazları əvvəlcədən müəyyən edilmiş və müstəqil şəkildə yoxlanıla bilən parametrik triggerlər əsasında güclü zəlzələlər və ya daşqınlardan sonra operativ və məqsədyönlü maliyyə dəstəyini nəzərdə tutur. Sığorta hadisəsi baş verdikdən sonra vəsaitlər zərərçəkmiş əhalinin, ilk növbədə ən həssas qrupların dəstəklənməsi üçün milli sosial müdafiə sistemləri vasitəsilə yönəldiləcək.
Qırğızıstan üçün 80 milyon dollar həcmindəki üçillik buraxılış SOFR dərəcəsini, 4 baza bəndi həcmində maliyyələşdirmə marjasını və 600 baza bəndi həcmində risk mükafatını özündə birləşdirən illik kuponu nəzərdə tutur. İstiqrazlar 30 may 2029-cu il ödəniş tarixi ilə nominal üzrə yerləşdirilib. Eyni parametrlərə və ödəniş müddətinə malik 80 milyon dollarlıq analoji buraxılış Tacikistan üçün də həyata keçirilib.
"Aon Securities LLC" şirkəti diler, ilkin alıcı və yeganə bukrunner, "Munich Re" isə əqdin strukturlaşdırılması üzrə yeganə agent qismində çıxış edib. Hər iki tranş ilkin bazarda geniş paylanma əldə edib.
Qırğızıstan üçün buraxılış üzrə istiqrazların 64 %-i Avropada, 36 %-i isə Amerikada yerləşdirilib. İnvestorların strukturunda 37 %-ni ixtisaslaşmış sığorta qiymətli kağızlar fondları (ILS), 32 %-ni sığorta və təkrarsığorta şirkətləri, 31 %-ni isə aktiv idarəediciləri təşkil edib. Tacikistan üçün buraxılış üzrə kağızların 60 %-i Avropada, 40 %-i isə Amerikada yerləşdirilib; investorların strukturu müvafiq olaraq 36 %, 33 % və 31 % kimi bölüşdürülüb.
Qiymətli kağızlar Sinqapur birjasında kotirovka olunacaq. Layihə Asiya İnkişaf Fondu, Asiya-Sakit Okean Regionunun İqlim Maliyyələşdirməsi Fondu və Sinqapur Pul-Kredit İdarəsinin ILS qrant proqramının dəstəyi ilə həyata keçirilir.
AİB 1966-cı ildə təsis edilib, onun mənzil-qərargahı Manilada yerləşir. Bank 69 səhmdar ölkəni birləşdirir ki, onların da 50-si Asiya-Sakit okean regionunu təmsil edir.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Güclü yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Fars": İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni "aydın yol xəritəsi"ni ehtiva edir
-
Gəncə-Daşkəsən yolunda qəza baş verib, xəsarət alanlar var
-
Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI
-
İran ABŞ ilə sülh planını Pakistana təqdim edib
-
Hindistan yükü daşıyan tanker Hörmüz boğazını keçib
-
Tovuzda 73 yaşlı kişi faciəli şəkildə öldü













