İzmir ilə Bakının qardaşlaşmasının 40 illiyi ilə bağlı Türkiyədə "Azərbaycan Günləri" keçirilir
Far.Az xəbər saytı

İzmir ilə Bakının qardaşlaşmasının 40 illiyi ilə bağlı Türkiyədə "Azərbaycan Günləri" keçirilir


Bakı ilə İzmirin qardaş şəhərlər elan edilməsinin 40-cı ildönümü ilə bağlı "Azərbaycan Günləri" keçirilir.

"Far.Az"un Türkiyə bürsunun xəbərinə görə, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşəbbüsü ilə baş tutan yubiley tədbirlərinin İzmirdə açılışı olub.

İzmir Böyükşəhər Bələdiyyəsi ilə konsulluğumuzun birgə təşkilatçılığı ilə xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın "Qardaşlıq nəğmələri" başlığı altında konsert proqramı olub.

Yubiley tədbirləri çərçivəsində aşılış mərasimi İzmir Mədəniyyət Parkı Açıq Hava Teatrında baş tutub.

Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuqay tədbirin açılışında çıxışı edərək iki ölkə arasındakı tarixi əlaqələrdən bəhs ediblər.

Bildirilib ki, İzmir ilə Bakı arasında imzalanan qardaşlıq sazişi bir sənəd deyil, ortaq tarix və mədəniyyətin təzahürüdür və bu həmrəylik ruhu hazırda ölkələrimiz arasında ən yüksən səviyyədə nümayiş olunur.

Sənətkarlarımız Alim və Fərqanə Qasımovların ifaları dinlənilib. Çoxsaylı iştirakçıların qatıldığı musiqili proqramda hər iki ölkənin bayraqları dalğalanıb, ifalar alqışlanıb.

Şəhərdə açılan İzmir və Bakının tarixi fotoşəkillərindən ibarət sərgiyə baxış da keçirilib.

Qeyd edək ki, Bakı ilə İzmirin qardaşlaşması ilə bağlı qərar 1986-cı il aprelin 29-da imzalanıb və 1986–1987-ci illərdə hər iki şəhərdə bu münasibətlə müxtəlif mədəni tədbirlər keçirilib.

Baş Konsulluqdan verilən məlumata görə, yubiley tədbirlərinin il ərzində müxtəlif proqram və layihələrlə davam etdirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bakıda Zəfər muzeyinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər