Nikol Paşinyan İlham Əliyevlə görüşü şərh etdi: "Ümid edirəm ki, dialoqumuzu davam etdirəcəyik"
Far.Az xəbər saytı

Nikol Paşinyan İlham Əliyevlə görüşü şərh etdi: "Ümid edirəm ki, dialoqumuzu davam etdirəcəyik"


"Mən Əbu-Dabi görüşündən razıyam, görüşü müsbət qiymətləndirirəm, amma istəməzdim ki, biz onun əhəmiyyətini həddindən artıq yüksəldək və ya azaldaq".

Far.Az Oxu.Az-a istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü şərh edərkən deyib.

Paşinyanın qeyd etdiyinə görə, ilk dəfə idi ki, hər iki tərəf əvvəlcədən öz aralarında müzakirələr aparıb və müəyyən yerdə görüşmək qərarına gəlib.

"Əbu-Dabidə müsbət nəticələrə gətirib çıxara biləcək pozitiv söhbət oldu. Nəticələr barədə indidən danışmağı uyğun hesab etmirəm. Görüşdə fikirlər səsləndi və məlum oldu ki, onların bəzilərinə hər iki tərəf müsbət yanaşıb. Ümid edirəm ki, bu formatda dialoqumuzu davam etdirəcəyik - Əbu-Dabidə və ya başqa bir yerdə", - deyə Paşinyan əlavə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər