Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı
İsmayıllı rayonunda atasını döyərək ona xəsarətlər yetirmiş 1990-cı il təvəllüdlü Müslüm Murtuzovun (ad və soyad şərtidir - red.) məhkəməsi keçirilib.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, Müslüm evlərinin həyətində atasını döyərək 3 qabırğasını sındırıb. Belə ki, ata Seyran Murtuzov ailə üzvlərinin yaşadığı evin həyətində onun üçün tikilən birotaqlı mənzildə məskunlaşıb. Buna səbəb onun arvadı ilə yola getməməsi, tez-tez spirtli içki qəbul edərək söz-söhbət yaratması olub. Hadisə günü isə Müslüm atasının həmin mənzilə qadın gətirdiyini görüb. O, pəncərəni sındıraraq içəri daxil olub və qadının yanında atasını əxlaqsızlıqda günahlandıraraq onu döyüb. Müslümlə anası qadını da pəncərədən çıxararaq döyüb, saçını yolub və həyətdə sürüyüblər.
Məhkəmədə şahid qismində ifadə verən qadın Seyranla dost olduğunu və hava soyuq olduğu üçün onun evinə getdiyini deyib: "Uzun müddətdir dostluq münasibətimiz var. Mütəmadi olaraq evimizə gəlib-gedir. Həmin gün mən yaşadığım evdə spirtli içki qəbul etmişdim, buna görə bacımla mübahisəmiz oldu. Seyran da həmin vaxt bizdə iş görürdü. Bundan sonra evi tərk etmək istədim. Havanın soyuq olması səbəbindən ərim gələnə kimi çöldə qalmamağım üçün məni öz mənzilinə dəvət etdi. Anam da Seyranla getməyimə razılıq verdi. Birlikdə onun yaşadığı evə getdik. Seyran mağazaya gedib yemək-içmək aldı.
Mən evdə telefonla danışırdım, o da televizora baxırdı. Az sonra qapı döyüldü. Sonradan Seyranın oğlu Müslüm olduğunu öyrəndiyim şəxs pəncərəni vurub açdı və şüşə qırıldı. Mən elə o pəncərənin kənarında əyləşmişdim, həmin vaxt Müslümlə anası məni tutub pəncərədən çölə çıxardılar, baş verənlərə görə həyəcan keçirdim. Bundan sonra saçımı yoldular, Müslüm özü isə bədənimə yumruq zərbələri vurmağa başladı. Gəlişimin əsl məqsədini başa salmaq istəsəm də, qulaq asmayaraq məni və Seyranı döyməyə davam etdilər. Müslüm atasını yerə yıxıb təpiklə zərbələr vururdu. Yalnız polislər gələndən sonra bizi döyməyi dayandırdılar".
Məhkəmədə zərərçəkmiş şəxs oğlundan şikayətçi olmayıb və barışdıqlarını deyib.
İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə Müslüm Murtuzova 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun gecələr evi tərk etməsi qadağan edilib və üzərinə elektron qolbaq taxılıb.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Şükürbəyli kəndində daha 46 ailəyə evlərinin açarları təqdim olunub
Güclü külək Bakıda onlarla ağacı aşırdı, budaqları sındırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub













