ABŞ-da yanacaqdoldurma məntəqəsinin kassiri oturduğu yerdə sərvətə sahib oldu
Far.Az xəbər saytı

ABŞ-da yanacaqdoldurma məntəqəsinin kassiri oturduğu yerdə sərvətə sahib oldu


ABŞ-da yanacaqdoldurma məntəqəsinin kassiri 3,2 milyon dollar dəyəri olan nadir sikkə tapıb.

Far.Az xəbər verir ki, bu barədə Elcabildo nəşri məlumat yayıb.

Stiv Uitmor günün gəlirini sayarkən pulların içində fərqli rəngə malik olan 50 sentlik bir sikkə diqqətini çəkib. O, bunun adi pul olmadığını düşünüb və numizmatlara (sikkə mütəxəssislərinə) müraciət edib. Araşdırma nəticəsində məlum olub ki, bu sikkə 1964-cü ilə aid, ABŞ prezidenti Con Kennedinin təsviri olan nadir bir prototipdir.

Bu tip sikkələr hələ də dövriyyəyə buraxılır, lakin Uitmorun tapdığı nümunə 90 faiz saf gümüşdən hazırlanıb. Onu daha da qiymətli edən səbəb – Kennediyə qarşı 1963-cü ilin noyabrında törədilən sui-qəsddən dərhal sonra hazırlanmasıdır. Sikkə sonradan hərraca çıxarılıb və 3 milyon dollardan çox qiymətə satılıb.

"Bir sikkənin bütün biznesimdən daha çox dəyərdə olması fikri mənim üçün inanılmaz idi", – deyə amerikalı kassir bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Mərkəzi Kəşfiyyat İdarəsi Kennediyə sui-qəsdlə bağlı sənədi gizlətməyə çalışıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər