Azərbaycanda ən çox maaş alanlarla bağlı məbləğlər məlum oldu
2025-ci ilin yanvar-may aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz artaraq 1095 manat təşkil edib.
Far.Az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Rəqəmlər göstərir ki, neft-qaz sektorunda çalışanlar ən yüksək maaş alan qrup olaraq qalır. Onların orta aylıq əməkhaqqı 3928 manat olub. Qeyri-neft sektorunda isə bu göstərici 1042,2 manat təşkil edib.
Mülkiyyət formasına görə müqayisədə, dövlət müəssisələrində çalışanların orta əməkhaqqı 1051,4 manat olduğu halda, özəl sektorda bu rəqəm daha yüksək – 1139,5 manat olub.
Ən yüksək əməkhaqqı olan sahələr:
Mədənçıxarma sənayesi: 3743,6 manat
Maliyyə və sığorta fəaliyyəti: 3148,2 manat
İnformasiya və rabitə: 1875,2 manat
Peşə, elmi və texniki fəaliyyət: 1858,9 manat
Nəqliyyat və anbar təsərrüfatı: 1555,6 manat
Bu sahələr üzrə maaşlar ölkə üzrə orta göstəricidən xeyli yüksək olub və əmək bazarının ən gəlirli sahələri kimi öndə qərarlaşıb.
Ən aşağı əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb – cəmi 681,7 manat.
Qeyd edək ki, emal sənayesində çalışanların maaşı 989,3 manat, təhsil sahəsində isə 801 manat olub.
Artan əməkhaqqı göstəriciləri ölkə iqtisadiyyatında gəlir səviyyəsinin yüksəlməsi baxımından müsbət hal sayılsa da, sahələrarası fərqlər əmək bazarında balanslı inkişaf zərurətini də gündəmə gətirir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycanda əmək haqqının ən yüksək olduğu sahələr
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda ən yüksək əməkhaqları verilən SAHƏLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













