Saray sakinləri 4 gündür susuz qalıb
Abşeron rayonunun Saray qəsəbəsində yaşayan sakinlər su problemi yaşayır.
Bu barədə şikayət Far.Az-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, havanın temperaturu 40 dərəcəyə yüksələndən bəri qəsəbənin Zərifə Əliyeva küçəsində suyun verilişi tam dayanıb:
"Əvvəllər suyun təzyiqi aşağı olsa da heç olmasa axşamlar düzəlirdi. Biz də fürsətdən istifadə edib su çənlərini doldururduq. Lakin son 4 gündür ki, nə axşam, nə də səhər su gəlir".
Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Far.Az-in sorğusuna cavab olaraq bildirildi ki, qeyd olunan ünvanda su təchizatında təzyiqlə bağlı müvəqqəti çətinliklər müşahidə olunur.
"Bu barədə müvafiq rayon sukanal idarəsinin mütəxəssisləri tərəfindən səbəblər araşdırılır və problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Tezliklə abonentlərin su təchizatı əvvəlki rejim üzrə bərpa olunacaq", - deyə qurumun məlumatında qeyd olunub.
Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Sarayda yaşayıb susuz qalanlar - 1 həftədir niyə çarə tapılmır? - AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













